Hal hazırda sənaye, iqtisadiyyat və elm sahəsində Avropanın ən inkişaf etmiş ölkəsidir.
Almaniyada keyfiyyətli və bütün dünyada tanınan təhsil ocaqlarında təhsil almaq Azərbaycan gəncləri üçün ən real şansdır.
Almaniyada dərəcə almaq – özünə etibarlı gələcək təmin etmək deməkdir!
Müasir reallığa tez adaptasiya olunmuş proqramları sayəsində Alman təhsil sistemi iş bazarındakı dəyişikliklərə qarşı ən davamlı sistem kimi özünü göstərdi. Hətta böhranlar zamanı alman diplomu olan əksər mütəxəssislər iş yerlərini saxlaya bildi.
Önəmli faktorlardan biri də odur ki Almaniya demək olar ki bütün ATO-da ödənişsiz ali təhsil almaga imkan yaradır. Yalnız müəyyyən inzibati ödənişlər mövcuddur ki, bu da təhsil mərkəzinin hesabına keçirilməlidir.
Almaniyada təhsil – unikal üstünlüklər:
Keyfiyyətli təhsil
Alman Universitetləri dünya universitetləri arasında yüksək reytinq tutur. Müasir elmi bazanın sayəsində təhsil ən müasir və qabaqcıl texnologiyalar vasitəsi ilə həyata keçirilir.
Dövlət Universitetlərində ödənişsiz təhsil
İxtisasindan asılı olaraq xarici tələbələrə 7%dən - 50%dək yer ayrılır.
İngilis dilində də ödənişsiz təhsil
Almaniya beynəlxalqlaşdırma istiqamətində hərəkət edir, bu səbəbdən də ildən ilə ingilis dilində daha çox ödənişsiz proqramlar təklif edir .
Təhsil zamanı, və təhsildən sonra qalıb işləmək imkanı
Bu imkan tələbələrə tədbiqi bilik və bacarıqları əldə etməyə kömək edir, eyni zamanda işə götürənlərin gözündə onlari hazırlıqlı namizəd olaraq göstərir.
Təhsili bitirdikdən sonra yaşama icazəsi almaq imkanı
Almaniya Universitetini müvəffəqiyyətlə bitirən xarici tələbələrə daha 1.5 il müddətində yaşamaq icazəsi almaq imkanı verilir.
Avropada 1, dünyada 4 nömrəli iqtisadiyyat
Almaniya Avropanın iqtisadi cəhətdən ən güclü ölkəsidir, onun şirkətləri elmi ixtiralara və tədqiqatlara külli miqdarda vəsait ayırır.