Missiyamız Azərbaycandakı şirkətlərə müasir və xüsusi hazırlanmış dil kursları və mədəniyyət sahəsində brifinqlər verməkdir.
Language and Business Services Direct neft-qaz, bankçılıq və maliyyə sektoru, səfirliklər, nazirliklər və digər dövlət orqanları, fövqəlmilli humanitar təşkilatlar və ümumi ictimaiyyətə xidmət edən kursların təmin edilməsi üzrə ixtisaslaşmışdır.

Language and Business Services Direct biznes fəaliyyətini həyata keçirərkən hər zaman Azərbaycanın qanuni tələblərinə riayət edir.

Müştərilərimizin tələblərini daha yaxşı qarşılamaq üçün xidmətlərimizi daim təkmilləşdiririk. Keyfiyyət idarəetmə sistemimiz bütün mərhələlərdə qiymətləndirmə, yoxlama və nəzarət prosesləri vasitəsilə xidmət keyfiyyətinin qorunmasını təmin etmək məqsədilə hazırlanmışdır. Language and Business Services Direct-in keyfiyyət siyasəti təşkilatımızın məqsəd və kontekstinə uyğundur və strateji istiqamətimizi dəstəkləyir.
Keyfiyyət siyasətimiz aşağıdakı prinsiplərə əsaslanır
  • Keyfiyyətin idarə edilməsi üzrə səmərəlilik proseslərin idarə edilməsi və PDCA tsikli ilə əldə edilir
  • Tədris metodologiyası və davamlı olaraq aparılan tədqiqatlarla bağlı məlumatlı olmağa çalışır və digər şirkətlərlə daim fikir mübadiləsi aparırıq
  • Biznes proseslərinin idarə olunması və optimallaşdırılmasında riskə əsaslanan yanaşmanın tətbiq edilməsi
  • Daxili və xarici təlim və inkişaf proqramları çərçivəsində təlimçilərimiz və inzibati personalımızın inkişafını təmin edirik
  • Çoxfunksiyalı komandalarla birlikdə çalışan yüksək ixtisaslı əməkdaşlar vasitəsilə müştəri gözləntilərini qarşılamağı hədəfləyirik
  • Keyfiyyət siyasətimizin təşkilatımızın məqsədlərinə uyğun olmasını və effektiv keyfiyyət idarəetmə tələblərinə cavab verməsini hədəfləyirik
  • Bütün proseslərdə ISO 9001:2015 standartını tətbiq edərək keyfiyyətlə bağlı qoyduğumuz hədəflərə nail olunmasını təmin edirik
  • Əməkdaşların keyfiyyət siyasətimiz barədə tam məlumatlı olmasını təmin edirik
  • Beynəlxalq səviyyədə tanınan nailiyyət standartlarını (Səviyyələr üzrə Ümumi Avropa Çərçivə Sistemi) tətbiq edərək tələbələrin müəyyən səviyyəyə çatmasını təmin edirik
  • Zəruri hallarda keyfiyyət siyasətimizin bütün maraqlı tərəflər üçün əlçatan olmasını təmin edirik
  • Mövcud və gələcək nəsillərin sağlam və uyğun bir mühitdə yaşaya biləcəyini təmin edərək təbii ehtiyatları qoruyuruq və davamlı inkişaf metodlarını təbliğ edirik.
Müştərilərimizə gündəlik fəaliyyət zamanı müvəffəqiyyətli olduğu sübut olunmuş vahid və yenilikçi həllər təmin edirik.