Ümumi İngilis dili

Kursun məqsədi: Cari səviyyədən B2.2 səviyyəsinə qədər dil bilik səviyyəsini artırmaq.

Kurs danışıq və dinləmə (anlama) bacarıqlarının inkişaf etməsinə yönəlib, həmçinin bütün əsas qrammatik elementləri və qaydaları da əhatə edir.
Kursun müddəti
common European Framefork cədvəlinə uyğun olaraq proqram 60 saatdan ibarət kurslara (səviyyələrə) bölünüb
Cədvəl
dərslər 90 dəqiqə davam edir və həftədə 2 dəfə keçirilir
Dərs prosessi
Dərslər Empower və New Total English dərsliklərdən keçirilir (əyani dərslər üçün).

Kursu müvəffəqiyyət ilə bitirdikdə tələbələrə sertifikat verilir.
Texnologiyalar
Kurs LMS (Learning Management System) onlayn tədris platformasına inteqrasiya olunub. Bu platforma tədris və test prosessini avtomatizə etməklə yanaşı həmçinin aşağıdakıları izləməyə də imkan verir:
  • davamiyyəti
  • ev tapşırıqlarının yerinə yetirilməsini
  • dil biliyi (və səviyyəsini) artırma dinamikasını
Format
Dərslər fərdi və 2-10 tələbədən ibarət olan qrup şəklində keçirilir.

Tələbənin dil bilik səviyyəsindən asılı olaraq yerli və yaxud xarici müəllim təyin olunur.