Dərslər Grammar for IELTS tədris vəsaiti əsasında keçirilir.
Səviyyə sonundakı testdən uğurla keçən tələbələrə sertifikat təqdim olunur.
Əgər tələbə kifayət qədər bal toplaya bilməzsə, kursun müddəti uzadılacaq.
Kursa LMS (Learning Management System) adlı onlayn platforma inteqrasiya olunub. Bu sistem tədris və test prosesini avtomatlaşdırmağa, həmçinin aşağıdakı göstəriciləri izləməyə imkan verir:
— dərslərdə iştirak intensivliyi
— ev tapşırıqlarının yerinə yetirilməsi
— dil biliklərinin inkişaf dinamikası.
Tələbənin IELTS kursuna başlamazdan əvvəlki dil səviyyəsi minimum A2.2 olmalıdır. A2-dən aşağı səviyyədə olan tələbələrə əvvəlcə General English kursu təklif olunur.
Dərslər fərdi qaydada, həmçinin 2-dən 10 nəfərə qədər olan qruplarda keçirilir.
Zəngin təcrübəyə malik peşəkar yerli müəllimlər tərəfindən tədris olunur.