Dərslər onlayn format üçün Empower, əyani format üçün isə New Total English tədris vəsaiti əsasında keçirilir.
Kursun sonunda testdən uğurla keçən tələbələrə sertifikat təqdim olunur.
Kursa LMS (Learning Management System) adlı onlayn platforma inteqrasiya olunub. Bu sistem tədris və test prosesini avtomatlaşdırmağa, həmçinin aşağıdakı göstəriciləri izləməyə imkan verir:
— dərslərdə iştirak intensivliyi
— ev tapşırıqlarının yerinə yetirilməsi
— dil biliklərinin inkişaf dinamikası.
Dərslər fərdi şəkildə, həmçinin tələbələrin dil biliyi səviyyəsi nəzərə alınmaqla 2-dən 10 nəfərə qədər olan qruplarda keçirilir.
Tələbənin və ya tələbə qrupunun dil səviyyəsindən asılı olaraq, dərsləri yerli müəllimlər və ya ana dili ingilis dili olan xarici müəllimlər aparır.