Kursun məqsədi:
İngilis dilində inamlı biznes ünsiyyət bacarıqlarını formalaşdırmaq, peşəkar lüğəti genişləndirmək və dili biznes kontekstində — danışıqlarda, yazışmalarda, təqdimatlarda və müzakirələrdə effektiv şəkildə istifadə etməyi öyrətməkdir.

Kursa daxildir:
– marketinq, maliyyə, satış, HR, satınalma və layihələrin idarə olunması sahələrinə aid əsas terminologiyanın öyrənilməsi;
– biznes yazışmaları və danışıqların aparılması üzrə praktika;
– biznes case-lərin, təqdimatların, müqavilə və hesabatların təhlili;
– müştərilər, tərəfdaşlar və həmkarlarla şifahi və yazılı ünsiyyət bacarıqlarının inkişafı;
– tələffüz, vurğu və danışıq üslubu üzərində iş.
müştəri ilə fərdi olaraq müzakirə olunur
dərslərin müddəti və intensivliyi müştəri tərəfindən tənzimlənir
kurs 40 saatdan ibarətdir
Qiymət
Cədvəl
Kursun müddəti
Korporativ ingilis dili
Dərs prosesi
Texnologiyalar
Format
Tədris müasir tədris materialları əsasında qurulur və tələbənin fəaliyyət sahəsinə uyğunlaşdırılır — istər marketinq, maliyyə, İT, idarəetmə, istərsə də satış sahəsi olsun.
Kursa LMS (Learning Management System) adlı onlayn platforma inteqrasiya olunub. Bu sistem tədris və test prosesini avtomatlaşdırmağa, həmçinin aşağıdakı göstəriciləri izləməyə imkan verir:
— dərslərdə iştirak intensivliyi
— ev tapşırıqlarının yerinə yetirilməsi
— dil biliklərinin inkişaf dinamikası.
Dərslər fərdi qaydada, həmçinin 2-dən 7 nəfərə qədər olan qruplarda keçirilir.

Tələbənin və ya qrupun dil səviyyəsindən asılı olaraq, dərslər yerli müəllimlər və ya ana dili ingilis dili olan xarici müəllimlər tərəfindən aparılır.