Kursun məqsədi: Neft və qaz sənayesinə aid terminoloji bilikləri genişləndirmək (neft hasilatı, emalı, platforma tikintisi, quyuların qazılması və s.), eləcə də ünsiyyət bacarıqlarını inkişaf etdirmək (təlimatları anlamaq və dəqiq ifadə etmək), dil səviyyəsini mövcud səviyyədən B2-yə qədər yüksəltməkdir.
Kurs texniki mətnlərin, təlimatların və dialoqların təhlilini, dinləmə bacarığını inkişaf etdirən çoxsaylı tapşırıqları və əsas qrammatika mövzularını əhatə edir.