Korporativ Təlimlər

Korporativ Təlimlər

Korporativ Təlimlər – Biznesinizin İnkişafına Edilən Səmərəli Sərmayə!

Korporativ Təlimlər - Biznesinə və Əməkdaşlarına qayğı ilə yanaşan güclü şirkətin nişanələrindən biridir.

Korporativ Dil və Biznes təlimlər – şirkətin maraqlarını nəzərə almaqla, iş yerindən və kollektivdən ayrılmadan, zamanın tələblərinə uyğun inkişaf etmək üçün gözəl fürsətdir. Əməkdaşlarınızın yüksək səviyyədə Xarici Dili bilmələri Sizin Biznesin inkişafına böyük dəstək olacaq.

İstəyinizdən asılı olaraq, tədrislər Sifarişçinin ofisində və ya bizim Tədris Mərkəzində keçirilə bilər. Bizim təkliflərimiz:

·         Qrup tədrisləri

·         Fərdi tədrislər

·         Distansion tədrislər

·         Danışıq Klubları

·         Qısamüddətli və intensiv tədrislər

·         Online tədrislər

Tədris planı hər bir Sifarişçiyə uyğun tərtib olunur və razılaşdırılır.


Əməkdaşlarınızın Xarici Dildə mükəmməl danışması və Biznesinizdə uğur əldə edilməsi üçün tələb olunan addımlar:

1.      Bizə zəng edin və ya amina.b@lbsd.az ünvanına öz istəyinizi göndərin

2.      Təklifimizlə tanış olun

3.      Sınaq dərsində iştirak edin və testlər üzərindən Xarici Dil bilik səviyyənizi pulsuz təyin edin

4.      Müqavilə imzalayın və tədrislərə start verin

5.      Davamiyyata və inkişafa hesabatlar vasitəsi ilə nəzarət edin

6.      Tədrisi uğurlu bitirmək haqda sertifikata sahib olun

İstəyinizi göndərdikdə, tədrisdən olan gözləntilərinizi və hədəflərinizi bizə qeyd edin. Bu məqamlar Sizin tədris proqramınızın daha effektli qurulmasını asanlaşdıracaq. Tədris boyunca Sizə əməkdaşlarınızın inkişaf və davamiyyət hesabatları göndərilir və bu hesabatlar üzərindən Şirkət rəhbərliyi tədris haqda daimi məlumatlandırılmış olur.

   

Niyə məhz LSD?

1)      Language and Business Services Direct – 2002-ci ildən etibarən Azərbaycanda fəaliyyət göstərir və fəaliyyəti dövründə bir çox Korporativ Müştərilər ilə əməkdaşlıq etmiş bir şirkətdir. Biz müştərilərin bütün istək və təkliflərinə xüsusi diqqət və qayğı ilə yanaşaraq, gündəlik biznes həyatında tələblərinizə uyğun olan tədris proqramı üzərindən təlimlərimizi təşkil edirik və davamlı olaraq hər bir müştərini diqqət mərkəzində saxlayırıq

2)      Bizim yerli və xarici təlimçilər Beynəlxalq Sertifikata (CELTA, DELTA, TEFL. TESOL) sahib təlimçilərdilər. Xarici tədrisçilərimiz ABŞ, Kanada, Böyük Britaniya və Avstraliya vətəndaşları olmaqla yanaşı, böyük təcrübəyə malik və peşakar müəllimlərdirlər. Tədris proramından asılı olmayaraq, əldə edəcəyiniz biliklərin biznes və gündəlik həyatınızda Sizə əvəzsiz köməkçi olacağından əmin ola bilərsiniz

3)      Bilik və davamiyyat hesabatları Sizin rahat şəkildə hər bir məqamı nəzarətdə saxlamağınıza yardımçı olur.

4)      İndividual olaraq təyin olunan qiymətlər əsasında ödənişləri təlim proqramından və müddətindən asılı olaraq Sİzə mərhələli və ya birbaşa ödəniş növləri təqdim olunur.

5)      Təklif etdiyimiz tədrislər yalnız İngilis dilində keçirilir və bu tədris alan şəxslərin inkişafında mühüm rol oynayır

Bizim Müştərilər

Uzunmüddətli fəaliyyətimiz ərzində bir çox yerli və xarici şirkətlərlə əməkdaşlıq edən Language and Business Services Direct Sizədə bu imkanlardan yararlanmağı təklif edir:

Pasha Travel

İLK construction

Halliburton

FAO

STCU

Azertelecom

RMDM

PMD Group

SOCAR Fugro

Oil Fund

PD&MS

SAIPEM

NORM

IDEAL

OMG INTERNATIONAL

SAIPEM

NORM


Bizimlə əlaqə:

Cavab vermək